Film sektorunda 10 milyon itirdi, müğənniliyə qayıtdı


Digərləri 28 Sen 2019 17:45:00 301 0

Film sektorunda 10 milyon itirdi, müğənniliyə qayıtdı

Musiqidən sonra film sektorunda özünü sınayan türkiyəli rejissor, aktyor, müğənni Mahsun Kırmızıgül 13 ildən sonra səhnələrə geri dönür.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rejissorun çəkdiyi bir çox film uğurlu olsa da, son filmi "Vezir parmağı" onu 10 milyon TL (2 milyon 994 min AZN) zərərə salıb. Belə ki, filmə 14 milyon TL (4 milyon 191 min 600 AZN) xərcləsə də, müğənni, sadəcə, 4 milyon TL (1 milyon 197 min 600 AZN) qazanc əldə edə bilib.

Film sektorundan istədiyini ala bilməyən Kırmızıgül artıq musiqiyə geri dönüb. Müğənni bu dəyişikliklə bağlı açıqlamasında "Müğənni olaraq səhnədə olmaq darıxdığım hisslərdir. Məni sevənlərlə bol musiqili layihələrimdə görüşəcəyik" sözlərini qeyd edib.

(adsgarden = window.adsgarden || []).push({});