Ermənistanda Köçəryanın tərəfdarı saxlanıldılar


Dünya 28 Sen 2019 17:20:00 241 0

Ermənistanda Köçəryanın tərəfdarı saxlanıldılar

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tərəfdarlarından olan Narek Mutafyan saxlanılıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, o, keçmiş dövlət başçısına qarşı cinayət işinin icraatını aparan İrəvan Ümumi Məhkəməsinin hakimi Anna Danibekyana qarşı hörmətsizlikdə ittiham edilir.

Ermənistan Polisinin Mətbuat xidmətinin açıqlamasına görə, hakimin təzyiqlərə məruz qalmasına dair ötən gecə yayılan məlumatlardan sonra müvafiq maddə ilə cinayət işi başlanılaraq Narek Mutafyan şübhəli şəxs qismində saxlanılıb.

Xatırladaq ki, sentyabrın 20-də hakim Anna Danibekyan R.Köçəryanın azadlığa buraxılması barədə vəsatəti rədd etmişdi.