Əri ilə yüzlərlə adamı öldürüb, öz edamına gəlinliklə gedən cinayətkar qadın FOTO


Digərləri 28 Sen 2019 16:30:00 316 0

Əri ilə yüzlərlə adamı öldürüb, öz edamına gəlinliklə gedən cinayətkar qadın  FOTO

Bu hadisənin tarixçəsi təxminən 200 il əvvələ gedib-çıxır.

Amerikanın və hətta dünyanın ilk cinayətkar qadını adını alan Lavinia Fişerin hekayisini ilginc edən şey əslində onun heç bir zaman adam öldürməməsidir.

Bəs necə olur ki, heç bir zaman adam öldürməsə də, o, cinayətkar qadın adını alaraq edam olunub?

Lavinia Fişerin həyatı ilə bağlı bir çox hekayələr mövcuddur və onlardan hansının reallığa daha uyğun olduğunu demək çətindir. Lakin onunla bağlı konkret məlumatlar da var.

Məsələn, Çarlstonda yaşayan Lavinia əri Con Fişerlə birlikdə "The Six Mile Wayfarer House" adlı kiçik bir otel işlədib, 1820-ci ildə edam olunub, ölmədən öncə bu məşhur sözləri deyib: "Cəhənnəmə göndərəcək bir mesajınız varsa, mənə deyin, sizin yerinizə mən çatdıraram".

İndi isə Lavinia Fişeri edama götürən hadisələr silsiləsi barədə məlumat verək.

Son.az musavat.com-a istinadən bildirir ki, Lavinia və Conun işlətdiyi kiçik bir otel var idi. Bu otel onların rahatlıqla cinayət törədə bilməsi üçün düzəldilmişdi. Otaqlarda olan yataqlar özəl bir mexanizm ilə işləyirdi və bu mexanizm sayəsində yatağın altı açılırdı və qurban gizli otağa düşürdü.

Bu otel yolu sadəcə qısa bir müddətə oralardan düşən şəxslər üçün nəzərdə tutulmuşdu. Ziyarətçilərinin qəsəbə əhlindən olmaması Fişer ailəsi üçün əla fürsət idi.

Bəs qurbanlar hər şeyi bildikdən sonra heç bir reaksiya vermirdimi? Əlbəttə, yox. Çünki gizli otağa düşən qurbana əvvəlcədən xüsusi olaraq hazırladıqları çayı içirirdilər və qurban çayı içdikdən sonra özündə olmurdu.

Lakin bir müddət sonra otellə bağlı söz-söhbətlər yarandı. Belə ki, otelə tez-tez qonaqların gəlməsi, lakin heç birinin oteldən çıxmaması insanların və qəsəbə rəhbərliyinin diqqətini çəkməyə başladı. Ancaq əllə tutulacaq bir maddi sübut olmadığı üçün otel sahiblərini ittiham etmək istəmirdilər.

Bir müddət sonra Con Pipls adlı şəxs ailənin iç üzünü ortaya çıxardı.

(adsgarden = window.adsgarden || []).push({});