Şamaxıdan Bakıya qonaq gələn 22 yaşlı qız mağazadan itkin düşdü


Digərləri 28 Sen 2019 15:23:00 284 0

Şamaxıdan Bakıya qonaq gələn 22 yaşlı qız mağazadan itkin düşdü

Bakıya qonaq gələn gənc qız itkin düşüb.

Bakı. Samir Əli - Bakıya qonaq gələn gənc qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib. Şamaxı rayon, M.P.Vaqif küçəsi 22 ünvanında yaşayan, 1997-ci il təvəllüdlü Şükürova Günay Ağagül qızı Bakının Yasamal rayonu, D.Bünyadzadə küçəsi 181 saylı evə qonaq gəlib. G.Şükürova evin yaxınlığındakı mağazaya ərzaq almaq üçün gedib və bir daha geri qayıtmayıb.