Fransada körpələrə“Cihad” adı qoyulması qadağan edildi


Dünya 28 Sen 2019 14:46:00 255 0

Fransada körpələrə“Cihad” adı qoyulması qadağan edildi

Fransanın Dijon şəhərində körpələrə Cihad adı qoyulması qadağan olunub.

Son.az musavat.com-a istinadən bildirir ki, buna əsas olaraq ictimaiyyətin neqativ reaksiya göstərə bilməsi və bununla uşağa zərər yetirə bilməsi ehtimalı göstərilib.

"Məhkəmə belə bir adın azyaşlı vətəndaşlarımız üçün zərərli olacağını və ona problem yaradacağını düşünür", - Dijon prokuroru Erik Mate bildirib.

Fransa mətbuatının məhkəmə dairələrinə istinadən verdiyi məlumata görə, valideynləri həmin körpəyə "Cahid" adı qoyublar. Əslində, Cahid də ərəb dilində eyni mənanı-güc və cəsarəti bildirir. Lakin hər halda bu isim müharibə anlayışı ilə uzlaşmır.

Media "Cihad" adı ilə bağlı prosesin 2018-ci ilin noyabrında başladığını xəbər edib.

(adsgarden = window.adsgarden || []).push({});