Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib


Digərləri 28 Sen 2019 14:21:00 299 0

Azərbaycan FİFA-nın reytinqində 1 pillə irəliləyib

Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.

Bakı. Qadın futbolçulardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb. Trend-in məlumatına görə, cədvəldə dünyanın 161 yığması yer alıb. Azərbaycan milli komandası budəfəki siyahıda 75-ci yerdə qərarlaşıb. Aktivində 1345 xal olan yığmamız iyulda açıqlanan FİFA reytinqi ilə müqayisədə, 1 pillə irəliləyib. Buna Qazaxıstanın 3 pillə geriləməsi səbəb olub.