XİN: Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir


Siyasət 28 Sen 2019 13:51:00 233 0

XİN: Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəyişməz olaraq dəstəkləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Nazirlik bildirib ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisinə, o cümlədən işğal altındakı ətraf rayonlara səfər etmək niyyətində olan Ukrayna vətəndaşları Azərbaycanın qanunvericiliyini rəhbər tutmalıdır.