Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar FOTO


Kriminal 28 Sen 2019 13:46:00 255 0

Azərbaycanda maskalı şəxslər gəncin başını dizinə bağlayıb kanala atdılar  FOTO

Lənkəranda üç maskalı şəxs 20 yaşlı gənci döyüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, dünən 1999-cu il təvəllüdlü, Ləj kənd sakini Pərviz Cümşüd oğlu Köçəriyev mal-qaranı örüşdən gətirmək üçün gedib və evə qayıtmayıb. 

Heyvanlar örüşdən qayıtsa da, Pərvizin evə gəlməməsi atası Cümşüd Köçəriyevi narahat edib və oğlunu axtarmaq üçün örüş sahəsinə yollanıb. 

Həmin yerə çatdıqda isə Pərvizin gödəkçəsini tapıb və meşəyə oğlunu axtarmağa gedib. Ata oğlunu suötürücü kanalda, başı dizinə bağlı şəkildə tapıb. 

Hadisə yerinə dərhal təcili tibbi yardım maşını gəlib və huşsuz vəziyyətdə olan gənc Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsində müalicə olunan gəncin kəllə-beyin travması aldığı bildirilir.