Tovuzda ağır qəza:


Digərləri 28 Sen 2019 13:18:00 228 0

Tovuzda ağır qəza:

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Qovlar-Quşcu yolunun Aşağı Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı maşın toqquşub. 

Nəticədə, "Jiquli" markalı maşınlardan biri iki yerə bölünüb. Qəzada xəsarət alan üç nəfər Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.