Sabah yağış yağacaq, şimal küləyi əsəcək


Digərləri 28 Sen 2019 13:01:00 218 0

Sabah yağış yağacaq, şimal küləyi əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17° isti, gündüz 22-25° isti, Bakıda gecə 15-17° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.