Nazirlik bal idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır


Digərləri 28 Sen 2019 12:45:00 327 0

Nazirlik bal idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır

Kənd Təsərrüfatı Nazirliyi ölkədə balın idxalına qadağa qoyulması ilə bağlı təklifi araşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Nazir müavini vurğulayıb ki, əlaqədar qurumlarla birgə bu istiqamətdə ciddi araşdırmalar aparılır.

Xatırladaq ki, Azərbaycan Arıçılar Assosiasiyası ölkəyə balın idxalını qadağan edilməsi ilə bağlı təkliflə çıxış edib.