Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib


Digərləri 28 Sen 2019 12:29:05 197 0

Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib

Bu gün Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Bakıda “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalının açılış mərasimi keçirilib. Trend-in məlumatına görə, İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunan festival oktyabrın 4-də yekunlaşacaq. “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalı “İçərişəhər” (DTMQİ) və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzi (IRCICA) ilə birgə təşkil olunub. Festivalda İslam Şərqinin 30 ölkəsinin 50-dən çox sənərkarı öz yaradıcılıq nümunələrini nümayiş etdirirlər. İştirakçı ölkələr arasında Türkiyə, İran, Əlcəzair, Pakistan, Özbəkistan, Oman Sultanlığı, İordaniya krallığı və s. var. Açılış mərasimində Mədəniyyət naziri Əbülfəz Qarayev, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin (DTMQİ) rəisi Əsgər Ələkbərov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) baş katibi Xalid Ərən və s. iştirak ediblər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəisi Əsgər Ələkbərov deyib ki, ölkə Prezidentinin sərəncamı ilə Nəsiminin 650 illik yubileyi ilə əlaqədar ölkədə bir çox tədbirlər keçirilir. IRSIKA ilə əməkdaşlıqlarının ötən il başladıqlarını deyən Ə.Ələkbərov əlavə edib ki, Azərbaycanda sənətkarlığın inkişafına dövlət dəstəyi var. Ə.Ələkbərov hesab edir ki, bu festival islam ölkələri arasındakı əlaqələri daha da genişləndirəcək.