"Azərbaycan balının ixrac coğrafiyası genişlənib"


Digərləri 28 Sen 2019 12:07:00 252 0

"Azərbaycan balının ixrac coğrafiyası genişlənib"

Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimində Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.

Onun sözlərinə görə, arıçılıq Azərbaycanın qədim ənənələrinə malik peşə sahəsidir: "Ölkəmizin aqrar sektorunun inkişafında arıçılığın özünəməxsus yeri var. Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrin sayı beş yüz üç minə çatıb".

Nazir müavini vurğulayıb ki, ötən il 5-6 ton bal ixrac edilmişdi. İndi balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik".

S.Talıbov əlavə edib ki, arıçılığın yem təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçiriləcək.