Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı


Digərləri 28 Sen 2019 11:54:00 265 0

Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapıldı

Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapılıb.

Bakı. Samir Əli - Gəncədə itkin düşən 3 uşaq anası Bakıda tapılıb. Trend-in məlumatına görə, sentyabrın 26-da Gəncə şəhəri, Kəpəz rayonu, Cavadxan küçəsində yaşayan 3 uşaq anası, 1990-cı il təvəllüdlü Hüseynova Vüsalə Fərhad qızı yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində V.Hüseynova Bakı şəhəri, Xəzər rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.