Ağcabədidə evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı


Digərləri 28 Sen 2019 11:42:00 244 0

Ağcabədidə evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

Ağcabədi rayonunda qız anasını bıçaqlayıb.

Bakı. Samir Əli - Ağcabədi rayonunda qız anasını bıçaqlayıb. Trend-in məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində baş verib. Kənd sakini, 1965-ci il təvəllüdlü Cəfərova Şölə Muxtar qızı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Xəsarət alan şəxs əvvəlcə yaşadığı evin həyətində yıxılaraq qarnına "şifer" batdığını bildirib. Hadisədən bir-neçə saat sonra Ş.Cəfərovanın qızı, 1996-cı il təvəllüdlü Cəfərova Gülşən Valeh qızı könüllü olaraq Ağcabədi rayon Polis Şöbəsinə gələrək anasını bıçaqladığını etiraf edib.