Təyyarədə şok hadisə: havası çatmayan sərnişin təcili çıxış qapısını açdı VİDEO


Dünya 28 Sen 2019 11:34:00 296 0

Təyyarədə şok hadisə: havası çatmayan sərnişin təcili çıxış qapısını açdı  VİDEO

Çində havası çatmayan sərnişin təyyarənin təcili çıxış qapısını açıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident Hubei bölgəsinin Vuhan şəhərində yerləşən hava limanında qeydə alınıb.

Məlumata görə, "Xiamen" hava yollarına məxsus təyyarədə sərnişin təcili çıxış qapısını açıb və bunu da təmiz hava almaq üçün etdiyini söyləyib.

Qansu əyalətindəki Lanzhou şəhərinə getmək üçün havaya qalxmaq üzrə olan təyyarə sözügedən səbəbə görə bir saat gecikmə ilə hərəkət edib.

Qapını açan sərnişinə "Niyə göyərtə işçilərinin göstərişlərini pozaraq qapını açmısınız" sualına 50 yaşlarında olan qadın "Təyyarə çox havasız idi və təmiz havaya ehtiyacım vardı" sözlərini deyib.

(adsgarden = window.adsgarden || []).push({});