Azərbaycan balının ixrac coğrafiyası genişlənib - Nazir müavini


Digərləri 28 Sen 2019 11:01:00 299 0

Azərbaycan balının ixrac coğrafiyası genişlənib - Nazir müavini

Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər

Bakı. Ceyhun Ələkbərov - Arıçılıq sahəsinin inkişafı aqrar sektorda məşğulluğu artıra bilər. Trend-in məlumatına görə, bunu Arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasının açılış mərasimində Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib. Onun sözlərinə görə, arıçılıq Azərbaycanın qədim ənənələrinə malik peşə sahəsidir: "Ölkəmizin aqrar sektorunun inkişafında arıçılığın özünəməxsus yeri var. Son iki ildə arıçılıq sahəsində mühüm yeniliklər olub. Arı ailələrin sayı beş yüz üç minə çatıb". Nazir müavini vurğulayıb ki, ötən il 5-6 ton bal ixrac edilmişdi. İndi balın ixracı 8 tondan çox olub və ixrac coğrafiyası genişlənib. Biz arıçılıq məhsullarının ixrac coğrafiyasını daha da genişləndirə bilərik".