Oğlan əsgərə getməmək üçün 81 yaşlı qohumu ilə evləndi VİDEO FOTO


Dünya 28 Sen 2019 10:22:00 313 0

Oğlan əsgərə getməmək üçün 81 yaşlı qohumu ilə evləndi  VİDEO  FOTO

24 yaşlı oğlan əsgərə getməmək üçün etdiyi hərəkətlə ölkənin gündəmini zəbt edib.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ukraynada yaşayan 24 yaşlı Aleksandr Kondratyuk hərbi xidmətdən yayınmaq üçün 81 yaşlı qohumu ilə evlənib. O, özündən 57 yaş böyük fiziki qüsurlu qohumu ilə ailə qurub.

Belə ki, o, hərbi yoxlanış zamanı nikah kağızını göstrərərək xanımının yaşlı və fiziki qüsurlu olduğunu söyləyib və buna görə də onun hərbi xidmətə getməməsi barədə səfərbərlik xidməti tərəfindən qərar verilib.

81 yaşlı Zinayda İllarionovna mətbuat nümayəndələrinə açıqlama verərkən ərinin çox yaxşı insan olduğunu söyləyib. Lakin qonşuların dediyinə görə, Aleksandr bir dəfə belə olsun Zinaydanın evinə gəlməyib.

(adsgarden = window.adsgarden || []).push({});