Bakıda bal yarmarkası açıldı (FOTO)


Digərləri 28 Sen 2019 10:13:00 266 0

Bakıda bal yarmarkası açıldı (FOTO)

Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində bal yarmarkası açılıb.

Bakı. İlhamə İsabalayeva - Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində bal yarmarkası açılıb. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkası 28 sentyabr-18 oktyabr tarixlərdə keçiriləcək. Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək.