İTV-də baş verən yanğında zəhərlənənlər evə buraxılıb


Digərləri 28 Sen 2019 09:28:18 253 0

İTV-də baş verən yanğında zəhərlənənlər evə buraxılıb

İctimai Televiziya və Radio Yayımları Şirkəti nin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər iki evə buraxılıb.

Bakı. Samir Əli - İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin hər ikisi evə buraxılıb. Bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Onun sözlərinə görə, şöbəyə gətirilən hər iki şəxsdə ciddi zəhərlənmə aşkarlanmayıb: "Onlar tüstüdən sıxılıblar, zəhərlənməyə keçməyib. Hər iki şəxsə tibbi yardım göstərilib, vəziyyətləri normallaşdığından evə buraxılıblar". Xatırladaq ki, sentyabrın 28-də gecə saatlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İctimai Televiziya və Radio Yayımları Şirkəti” nin inzibati binasında yanğın baş verib.