Kürdəmirdə ikimərtəbəli bina yanıb


Digərləri 28 Sen 2019 09:16:00 264 0

Kürdəmirdə ikimərtəbəli bina yanıb

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Kürdəmir rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli binanın (dam örtüyü taxta və qamışdan ibarətdir) ikinci mərtəbəsinin 2 otağında ev əşyaları 20 m² sahədə yanıb.

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.