Kürdəmirdə ikimərtəbəli bina yanıb


Digərləri 28 Sen 2019 09:11:59 259 0

Kürdəmirdə ikimərtəbəli bina yanıb

Kürdəmirdə yanğın hadisəsi baş verib.

Bakı. Kürdəmirdə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli binanın (dam örtüyü taxta və qamışdan ibarətdir) ikinci mərtəbəsinin 2 otağında ev əşyaları 20 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.