Huawei Mate X bu tarixdə satışa çıxacaq


Digərləri 28 Sen 2019 08:51:00 281 0

Huawei Mate X bu tarixdə satışa çıxacaq

''Huawei''-nin 2019-cu ilin əvvəlində ''Samsung'' ilə təqdim etdiyi Mate X, hələ bazara təqdim edilməyib. Həm ''Samsung'', həm də ''Huawei'', qatlana bilən telefonla bağlı bəzi problemlərə görə buraxılış tarixlərini təxirə saldı.

Son.az chip.az-a istinadən bildirir ki, Berlində keçirilən IFA tədbirində, ''Huawei'' şirkətinin direktoru Richard Yu, qatıla bilən ''Huawei'' Mate X-ın ən gec oktyabr ayında satışa çıxarılacağını söyləmişdi. Bu gün isə Huawei Support, şirkətin müştəri xidməti əhəmiyyətli məlumatlar sızdırıb.

Məlumatlara görə, Huawei-nin yeni qatlanmış telefonu noyabr ayında qlobal satışa çıxarılacaq.

Mate X əvvəlcə Kirin 980 prosessoru və xarici 5G modemi ilə konfiqurasiya edildi və belə təqdim olundu. Lakin şirkətin prosessorunun inteqrasiya olunmuş 5G modemi ilə Kirin 990 səviyyəsinə yüksələ biləcəyi barədə fərziyyələr mövcuddur.

(adsgarden = window.adsgarden || []).push({});