Xiaomi şirkəti WearOS əməliyyat sistemi ilə çalışacaq smart saat hazırlayır


Digərləri 28 Sen 2019 08:55:00 313 0

Xiaomi şirkəti WearOS əməliyyat sistemi ilə çalışacaq smart saat hazırlayır

Xiaomi dünyada təkcə öz smartfonları ilə deyil həm də smart saat modelləri ilə məşhurdur. O bu saatları Huami şirkətilə əməkdaşlıq çərçvəsində satışa çıxardır. Lakin görünür, şirkət smart saat istehsalını da öz üzərinə götürmək qərarını verib.

Son.az technote.az-a istinadən bildirir ki, tərtibatçılar Wear OS 2.28 əməliyyat sisteminin kodunda Xiaomi Mi Watch adını aşkar ediblər. Yeni smart saat modeli çox güman ki, Mi Wear tətbiqli WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq.

Tərtibatçılar sözügedən smart saatın texniki göstəriciləri barəsində heç bir məlumat tapa bilməyiblər. Sadəcə olaraq güman etmək olar ki, smart saat dairəvi OLED ekran, Snapdragon Wear 3100 prosessoru və 1 GB RAM ilə təchiz olunacaq. Bununla yanaşı şirkətin yeni smart saat modeli Always on Display funksiyasını və kontaksız ödəmələr üçün nəzərdə tutulmuş NFC modulu da əldə edə bilər. Şirkətin Mi Watch-u nə zaman təqdim edəcəyi bilinmir. Çox güman ki, smart saat hələ hazırlanma mərhələsindədir və yaxın zamanda onun təqdimatını gözləmək lazım deyil.

(adsgarden = window.adsgarden || []).push({});