Rusiya bu ölkədən donuz almayacaq


Dünya 28 Sen 2019 09:00:00 219 0

Rusiya bu ölkədən donuz almayacaq

Rusiya sentyabrın 26-dan etibarən Cənubi Koreyadan ev donuzlarının tədarükünə qadağa qoyub.

Son.az Trend-ə istinadən bildirir ki, qərar Cənubi Koreyada donuzlar arasında yayılmış "Afrika taunu" xəstəliyi səbəbindən qəbul edilib.

Məlumata görə, qadağa müvəqqəti xarakter daşıyır və diri heyvandan başqa donuz ətindən hazırlanmış məhsullara da aid edilir.

Bundan başqa qərarın Cənubi Koreyadan gətirilən vəhşi çöl donuzlarına da aid olduğu bildirilir.