Bakıda çoxmərtəbəli yaşayış binası yanıb


Digərləri 28 Sen 2019 08:51:00 248 0

Bakıda çoxmərtəbəli yaşayış binası yanıb

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Bakı. Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində ümumi sahəsi 76 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 m² sahədə mebel və 2 ədəd məişət texnikası yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.