Rusiya bu ölkədən donuz almayacaq - SƏBƏB "Afrika taunu"


Digərləri 28 Sen 2019 08:40:40 241 0

Rusiya bu ölkədən donuz almayacaq - SƏBƏB "Afrika taunu"

Qadağa diri heyvandan başqa donuz ətindən hazırlanmış məhsullara da aid edilir.

Bakı. Rusiya sentyabrın 26-dan etibarən Cənubi Koreyadan ev donuzlarının tədarükünə qadağa qoyub. Trend-in məlumatına görə, qərar Cənubi Koreyada donuzlar arasında yayılmış "Afrika taunu" xəstəliyi səbəbindən qəbul edilib. Məlumata görə, qadağa müvəqqəti xarakter daşıyır və diri heyvandan başqa donuz ətindən hazırlanmış məhsullara da aid edilir.