Təxminən 1 milyard qurğu bu sistemin idarəetməsi altında işləyir


Digərləri 28 Sen 2019 08:21:00 254 0

Təxminən 1 milyard qurğu bu sistemin idarəetməsi altında işləyir

"Windows 10" sisteminin idarəetməsi altında işləyən cihazların sayı 900 milyonu ötüb. Bu haqda "Twitter"də "Microsoft"un vitse-prezidenti Yusif Mehdi məlumat verib.   Son.az ictnews.az-a istinadən bildirir ki, onun sözlərinə görə, son 12 ayda "Microsoft"un əməliyyat sistemi ilə işləyən cihazların sayı xeyli artıb. Cari ilin mayında bu göstərici 825 milyon təşkil edib.   Jurnalist Pol Tyorot hesab edir ki, 2020-ci ilin əvvəlində "Windows 10" sistemi ilə işləyən cihazların sayı 1 milyarda yaxınlaşacaq. Onun qiymətləndirməsinə görə, hər ay dünyada "Windows 10" sisteminin təxminən 16,7 milyon surəti aktivləşir. Son.az

(adsgarden = window.adsgarden || []).push({});