iOS 13.1 əməliyyat sistemi iPhone XS və iPhone XR modellərini zəiflədir


Digərləri 28 Sen 2019 08:35:00 232 0

iOS 13.1 əməliyyat sistemi iPhone XS və iPhone XR modellərini zəiflədir

Apple şirkətinin yenilənmiş əməliyyat sistemi olan iOS 13.1 19 sentyabr tarixində işıq üzü görmüş iOS 13-ün bir sıra sistem boşluqlarını aradan qaldırsa da vacib bir problemi özü ilə gətirib. Belə ki, yenilənmiş əməliyyat sistemi olan iOS 13.1 iPhone XS və iPhone XR modellərinin performanslarını bir qədər aşağı salır. Bu barədə Redmondpie.com saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, keçmiş iPhone modellərinin proqram təminatlarının zəiflədilməsi problemi ilə ilk dəfə istifadəçilər 2017-ci ildə qarşılaşmışdılar. Həmin vaxtda Apple şirkəti iPhone modellərinin zəiflədilməsini enerji sərfiyyatının aşağı salınması vasitəsilə batareyaların xidmət müddətlərinin yüksəldilməsi ilə əlaqələndirmişdi. İndi isə şirkət həmin mexanizmi keçən ilki iPhone modelləri üçün də aktivləşdirib.

iPhone modellərinin zəiflədilməsinin qarşısını almaq üçün Apple şirkəti həmin modellərin batareyalarının dəyişdirilməsini məsləhət görür. Rəsmi Apple xidmət servisində bu cür prosesin qiyməti 79$ təşkil edir. İstifadəçilərin fərdi şəkildə batareyaları dəyişdirmək cəhdləri zamanı onlar sistem səhvi ilə qarşılaşa bilərlər. Nəticədə isə onlar öz smartfonlarındakı batareyalarda enerji sərfiyyatının monitorinqini keçirdə bilməyəcəklər

(adsgarden = window.adsgarden || []).push({});