Azərbaycanda əhalinin manatda əmanətləri


Digərləri 28 Sen 2019 08:06:00 202 0

Azərbaycanda əhalinin manatda əmanətləri

2019-cu il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580,0 milyon manat təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.