Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə görüşüb (FOTO)


Digərləri 28 Sen 2019 02:20:13 275 0

Elmar Məmmədyarov yunanıstanlı həmkarı ilə görüşüb (FOTO)

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb

Bakı. BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşüb. Görüşdə öncə Nazir Elmar Məmmədyarov yeni Hökumətin seçilməsi münasibətilə yunan həmkarını təbrik etdi. O, Nazir N.Dendiasa Azərbaycan Respublikasının Yunanıstan Respublikasına yeni Səfirinin təyin olunduğu barədə məlumat verdi. Görüşdə Nazirlər Azərbaycan və Yunanıstan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi apardılar. Tərəflər arasında, xüsusilə qeyri-neft sektoru və turizm sahəsində əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi müzakirə edildi. Bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və infrastruktur layihələri, xüsusilə də Avropanın enerji siyasətinin mühüm komponenti olan Cənubi Qaz Dəhlizi üzrə fikir mübadiləsi aparıldı. Nazir Elmar Məmmədyarov Yunanıstan Xarici İşlər nazirini Azərbaycana səfər etməyə dəvət etdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin