Küncüt yağının sübut olunmuş 7 faydası ALİMLƏRDƏN FAKTLAR


Digərləri 27 Sen 2019 23:48:00 435 0

Küncüt yağının sübut olunmuş 7 faydası  ALİMLƏRDƏN FAKTLAR

Küncüt - Sesamum indicum qədimdən yağ alınan bitkidir. Daha çox Hindistanda bitir. Arxeoloqlar qədim məskənlərdə ilk küncüt yağının qalıqlarını tapıblar.

Bu gün küncütün mədəni sortları Asiya, Afrika, Amerikada yetişdirilir. Dünyada küncütü ən çox idxal edib yeyən Yaponiya və Çindir. Yağı isə bütün Yaxın Şərqdə istifadə edilir. 

Küncüt yağı ağ və qara toxumlarından alınır. Qovrulmuş toxumlarından soyuq sıxılma üsulu ilə çıxarılır. Ən keyfiyyətlisi qara küncütdən alınan hesab olunur. 

Bu yağda yarıdoymuş yağ turşuları və mikroelementlər var. Bu məhsulda sezamolin və sezamin adlı antioksidant da vardır ki, hüceyrələri sərbəst radikallardan qoruyur, E vitamininin təsirini artırır. 

Şərqdə küncüt yağından yanıqlarda, bağırsaq imaləsində, bədənin təmizlənməsində, masaj və üzə qulluqda istifadə olunur. 

Son.az medicina.az-a istinadən küncütün elmi araşdırmalara əsaslanan faydalarını təqdim edir. Küncüt yağının orqanizmə möcüzəvi təsirləri bunlardır:

1.İltihab əleyhinə və antioksidant təsir

Florida Universitetinin alimləri siçanlar üzərində küncüt yağının iltihab əleyhinə təsirini araşdırıblar. Onlar heyvanların qidasına küncüt yağı və onun suda ekstraktını əlavə ediblər. 2 aydan sonra siçanlar yüksək təzyiq, aterosklerozdan xilas olub, xolesterin azalıb, iltihab səviyyəsi düşüb.

2.Travmadan sonra ağrıları kəsir

İran alimləri aşağı ətrafların zədələnməsi ilə xəstəxanada yatan pasiyentlər arasında sorğu aparıblar. Bəzi xəstələr dərman müalicəsi ilə yanaşı ayaqlarına və travma yerinə təmiz küncüt yağı çəkdiklərini deyib. 4 gün sonra onlarda ağrılar azalıb və travmalar digərlərinə nisbətən daha tez  sağalıb. 

3.Ürəyi qüvvətləndirir

İranın Karidovaskulyar Mərkəzində 48 pasiyentin qidasına 4 qaşıq küncüt yağı əlavə ediblər. Bir aydan sonra onlarda xolesterin yoxlanılıb. Küncüt yağı qəbul edən qrupda qanda xolesterin qat-qat aşağı çıxıb.  

Küncütdə olan yarımdoymuş yağ turşuları ürək qan damar xəstəliklərinin profilaktikası üçün zeytun yağından da üstündür. 

4.Diabet xəstəliyində qanda qlükozanı salır

(adsgarden = window.adsgarden || []).push({});