Bel yırtığı haqqında ƏN VACİB MƏLUMAT


Digərləri 27 Sen 2019 23:42:00 280 0

Bel yırtığı haqqında ƏN VACİB MƏLUMAT

Bel yırtığı - fəqərələr arasındakı diskin çölə doğru yırtılmasıyla (sürüşməsiylə) ayağa doğru gedən sinirlərin sıxışmasına səbəb olan ağrılı vəziyyətin adıdır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bel ağrısı, beldən tək və ya iki ayağa doğru yayılan ağrıya səbəb olur ki, buna siyatalgiya deyilir. Disk Herniası (bel yırtığı) refleks, duyğu ya da əzələ gücü itkisiylə gedən sinir funksiya itkisinə səbəb ola bilər.

Bel yırtığının klinikası

Əsas əlamət belinizdəki ağrıdır:

- Birdən ortaya çıxsa və ya üç aydan qısa davamlı isə, istirahət halında ikən rahat, ancaq hərəkət etməyə başladığınızda (corab geyərkən, ayaqqabı bağlayarkən, gəzmək, oturub-qalxmada, ayağınızı havaya qaldırarkən-nərdivan çıxıb enərkən kimi) ağrı ortaya çıxıb və dayanıb istirahət etdiyinizdə keçirsə,

- Belinizdəki ağrı bel-ombadan aşağıya dizə doğru yayılır hətta bəzən topuğunuza qədər enirsə,

- Adətən ağrı tək, bəzən iki ayağa doğru vurursa.

Bel yırtığı çox irəliləsə, düşək ayaq, iqtidarsızlıq, əzələlərdə gücsüzlük ilə tez yorulma, sidiyini tuta bilməmə, müvazinət pozğunluğu ortaya çıxa bilər.

Kimlərdə daha çox rast gəlinir?

35-50 yaşlarında və çox kilolu-uzun boylularda daha çox rast gəlinir.

Adətən beli məcbur edən və ya səhv hərəkətlər, həddindən artıq kilolu olmaq, belə çox yük minməsi ilə yük daşımaq, ev xanımı və ya əksinə davamlı oturaraq masa arxasında işləyənlərdə, sürücülər, uzun müddət ayaqda qalan müəllim kimi müəyyən peşə qruplarında, sıx stressli işlərdə işləyənlərdə və hamiləlik zamanı ortaya çıxır.

Bel yırtığının diaqnozu necə qoyulur?

Diaqnoz ilkin olaraq şikayətlərə əsasən qoyulur.Diaqnozu təsdiqləmək üçün KT və MRT müayinə üsulları tətbiq olunur.

Bel yırtığı zamanı müalicə taktikası

Bel yırtığının erkən mərhələsində, yəni bel və ayaq ağrısının olduğu, ancaq hələ uyuşma və ya düşən ayaq kimi nevroloji əlamətlərin olmadığı xəstələrdə yataq istirahəti (seçimə görə onurğanın şəklini alan viskoz-elastik yataqlar), iltihab əleyhinə təsirli ağrı kəsici və əzələ boşaldıcı dərmanlar (mədə qorunaraq) verilir.

Məcbur edici hərəkətlərdən çəkinmək məsləhətdir. İrəli mərhələlərdə isə xəstənin müayinə, ENMG (elektro-nevromiomgrafiya) və MRT əlamətlərinə görə müalicə planı həyata keçirilir.

Ağrı çox olduqda və ağızdan qəbul olunan dərman müalicəsinə bir həftə ərzində cavab olmadıqda, həmçinin qısa seans fizika müalicə tətbiqindən da fayda görülmürsə, o bölgəyə sıxışan sinirin ətrafındakı ödemi götürən və ağrıya təsirli dərman vurulur - "lomber epidural inyeksiya" və "transforaminal inyeksiya" kimi.

Əməliyyat son həlldir. Ancaq bəzən xəstə irəli mərhələdə gəlmiş və ciddi sinir sıxılması əlamətləri varsa nadir hallarda ilk müdaxilə də ola bilər. Ancaq bel yırtığı xəstələrinin, yalnız 1-5%-nin əməliyyata getdiyi unudulmamalıdır. Yəni bel yırtığı xəstələrinin çox azına əməliyyat lazımlıdır.

Bəzən isə cərrahi müalicə qərarında gecikildiyində, qalıcı zədələr yarana bilər.

Əməliyyatın riski varmı?

Bu əməliyyatın mütləq neyrocərrah etməlidir. Bir çox cərrahi müdaxilə üsulu var. Tətbiq olunacaq cərrahi müdaxilə xəstənin yaşı, çəkisi, yanaşı xəstəlikləri kimi vəziyyətlər göz önünə alınaraq cərrah tərəfindən ediləcək əməliyyatın növünə qərar verilməlidir. Bu şəkildə müvəffəqiyyət da artacaqdır.

(adsgarden = window.adsgarden || []).push({});