Kosmetik vasitələrin sağlamlığa vurduğu zərərlər


Digərləri 27 Sen 2019 23:00:00 204 0

Kosmetik vasitələrin sağlamlığa vurduğu zərərlər

Hər yaşda və hər dövrdə ön planda olan, əhəmiyyətini itirməyən vizuallıq bu gün də eyni əhəmiyyəti qoruyur və hər gün əlavə olunan kosmetik məhsullara olan ehtiyacı maksimum səviyyədə saxlayır. El arasında ən çox istifadə edilən "Daxili görünüşü gözəl olsun" ifadə əslində, heç də həmişə səmimiyyətlə deyilmir. Hamımız bilirik ki, insanları qiymətləndirmək üçün ilk meyar həmişə vizuallıq olub. Bu səbəblə xanımların əksəriyyəti makyaja və kosmetikaya aşırı zaman ayırırlar.

Son.az medicina.az-a istinadən makiyaj və kosmetikanın sağlamlığa zərərlərindən xəbər verir.

Kosmetika və makiyaj ciddi sağlamlıq problemlərinə səbəb ola bilər Gözəl və baxımlı görünməyin təbii və insan sağlamlığına zərərsiz bir çox üsulu olsa da parıldayan paketlərlə satışa çıxarılan, bir-birindən rəngli təqdim olunan kosmetika və makiyaj üsulu xanımlar üçün daha cəlbedici təsir bağışlayır. Bununla birlikdə qadınlar üçün əvəzolunmaz olan həmin məhsulların üstünlükləri,  sağlamlığa zərərli olduqlarına görə dezavantaja çevrilir. Bu məhsulların sağlamlığa zərərli olmasının ən vacib səbəbi və uzun ömürlü olması həmin məhsulların istehsalında istifadə olunan paraben və bənzər konservantların kanserogen təsir göstərmələri ilə əlaqədardır. Elə buna görə də mütəxəssislər bu məhsulların istifadə edilməməsini, istifadə edilərsə də məzmunu oxuduqdan sonra alınmalı və parabensiz məhsullara üstünlük verilməli olduğunu bildiriblər.

Saç tökülməsinə səbəb olur

Kosmetik məhsullar deyildiyində ağlımıza gələn ilk şey kosmetika-makiyaj vasitələri, şampunlar, hava fenləri, saç baxımı məhsulları, nəmləndiricilər və ətirlərdir. Saçlara tətbiq olunan saç baxımı məhsulları, xüsusilə saç kremləri, saçların kökünə tətbiq edilən şampunlardan fərqli olaraq saçın uc hissələrinə tətbiq edilməli məhsullardır. Bu məhsulların saç diblərinə tətbiqi saç follikullarına nüfuz edəcək və saç follikullarını zəiflədəcək və saç tökülməsinə səbəb olacaqdır.Bu məhsulların davamlı saç kökünə tətbiqi saç follikalarına nüfuz etməsinə səbəb olacaq və follikaları zəiflədərək saç tökülməsiə gətirib çıxardacaq.

Makiyaj etmək dərini qocaldır

(adsgarden = window.adsgarden || []).push({});