Üzünün bir tərəfi keyiyir? Səbəblər və fəsadları


Digərləri 27 Sen 2019 22:40:00 313 0

Üzünün bir tərəfi keyiyir?  Səbəblər və fəsadları

Son zamanlar saytımıza yönələn suallar içərisində "üzümün bir yarısı, sağ və ya sol tərəfim sanki keyiyir, quruyur, hissiyatını itirir" kimi şikayətlər çox gəlməyə başlayıb. İnsanlar bu simptoma nədənsə biganə yanaşır, əsəbdəndir deyib keçəcəyini gözləyir.

Son.az bildirir ki, medicina.az üzün birtərəfli olaraq keyiməsinin səbəblərini və hansı dəhşətli sonluğa səbəb olacağını araşdırıb.

Bu vəziyyət hansı patologiyalardan xəbər verir və hansı halda təcili həkimə çatdırılmaq lazımdır?

Ümumiyyətlə, bədəndə istənilən nahiyənin keyiməsi periferik sinir sisteminin işinin pozulması deməkdir. Üz sinirlərinin işini hansı səbəblər poza bilər?

-Travma, zədə -Sinirlərin sıxılması- zədə, şiş, iltihab

Keyimə ilk əvvəl yüngül iynələnmədən, sanki qarışqa gəzirmiş kimi hisdən başlayıb, getdikcə böyük sahənin hissiyatının itməsi ilə nəticələnə bilər.  Yəni hər şey birdən olmur. Amma üzün bir tərəfinin sanki iflic olmuş kimi keyiməsi insanı dəhşət və panik vəziyyətə salır.

Üzün bir tərəfinin keyiməsi bu xəstəliklərdən ola bilər:

-Baş beyin toxumalarının insultu

Bu zaman əsas damarların tutulması baş verir və ya damar cırılır. Nəticədə beyin qan dövranı pozulur. Üz də başda yerləşdiriyi üçün sinirlərin keçiriciliyi kəsilir, üz əzələlərinin iflici baş verir. Üzün bir tərəfi sallanır, ağız dəyişir. 

İnsult olan vaxt dəqiqələr xəstənin  əleyhinə işləyir. Xəstə 30 dəqiqə ərzində xəstəxanaya çatdırılmalı, damar açılmalı və ya qanamadırsa durdurulmalıdır.

-Tranzitor işemik atak

-Bu insultun xəbərdaredici imitasiyasıdır. Damarda tromb var, qan dövranı pozulur, amma tromb gəzən trombdur, ona görə irəlilədikcə qanın yolu açılır. 

Tranzitor həmlə bir neçə dəqiqədən 1 saata kimi çəkir və keçib gedir. Amma sonradan təkrarlana bilər. Ona görə bu həmlələr baş verdisə, baş beyni və damarları yoxlatmaq mütləqdir. 

-Dağınıq skleroz

Bədəndə ətrafların, bədənin və üzün bir hissəsinin keyiməsi dağınıq sklerozun birinci əlamətlərindəndir. Bu çox ağır autoimmun xəstəlikdir, immun sistem özü öz hüceyrələrini tanımır və sinir örtüyünü dağıdır. Sinirlər zədələnir, konkret sahələr keyiyir. Bununla yanaşı ağrılı qıcolmalar, gözlərdə problem, koordinasiyada pozulamalr olur, sidiyə nəzarət edə bilmirlər. 

-Bella iflici

(adsgarden = window.adsgarden || []).push({});