Siqareti tərgitmək istəyənlərə 5 məsləhət Beyini necə aldatmalı?


Digərləri 27 Sen 2019 22:20:00 279 0

Siqareti tərgitmək istəyənlərə 5 məsləhət  Beyini necə aldatmalı?

Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir. 

Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.

Son.az medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.

1. Beynin həzz tələbini ödəmək

Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.  Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad. 

2. İştah güclənir

Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır.  Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.

3. Sakitləşmək yolları

(adsgarden = window.adsgarden || []).push({});