Narın möcüzəvi faydaları


Digərləri 27 Sen 2019 22:30:00 275 0

Narın möcüzəvi faydaları

Sağlamlığa saysız faydasıyla tanınan nar möcüzəvi bir meyvədir. İllərlə sağlam həyat tərzi yaşamaq və xəstəliklərə faydalı olmağı ilə bilinən nar insanlar tərəfindən sevilərək yeyilən meyvələrdəndir.

Son.az medicina.az-a istinadən narın faydalarını təqdim edir.

Nar meyvəsində B5, B6, E, C, B1 və B2 vitaminləri, həmçinin zəngin kalium, maqnezium və folat vardır. Demək olar ki, hər antioksidantı ehtiva etməsilə məşhurdur.

MedlinePlus Tibbi Ensiklopediyasına görə, nar şirəsi piylənmənin müalicəsində və çəki atmada  istifadə edilə bilər.

Nar lif baxımından da olduqca zəngindir. 1 stəkan nar dənəsində 7 qr lif vardır ki, bu miqdar normadan artıq sayılır. İnsanı uzunmüddətli tox saxlayan, acma hissini basdıran, zəifləməyə kömək edən lifli qidalar tarixən bir sıra alimlər tərəfindən araşdırma mövzusu olmuşdur.

İnsanı tox saxlayır

İngiltərənin ən çox oxunan qəzetlərindən olan "Daily Mail"də yazılan xəbərə görə mütəmadi olaraq nar yeyən insanlar gec-gec acırlar. Bir sıra könüllü üzərində aparılan araşdırmalarda bu yazı özünü doğrultmuşdur. Nəticə etibarı ilə narı çox yeyən insanlar heç yeməyən insanlardan 22% daha az yemək yediyi sübut olunmuşdur.

Artıq çəkiyə qarşı mübarizə aparır

Məhşur "Nutrition" jurnalının 2012-ci il iyun buraxılışında narın antioksidant və polifenollarla zəngin olması baxımından artıq çəkiyə qarşı mübarizə apardığına dair məqalə verilmişdi.

ABŞ-n Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən açıqlamada 1 stəkan nar şirəsində 139 kalori olduğu bildirilib. 100 qr nar isə 83 kaloridir. Çəkinizin sabit qalmasını arzu edirsinizsə gündəlik qidalanma rasionunuzda nar meyvəsinə də üstünlük verin.

(adsgarden = window.adsgarden || []).push({});