Messi 1 ay meydana çıxmayacaq


Digərləri 27 Sen 2019 22:28:49 214 0

Messi 1 ay meydana çıxmayacaq

"Barselona”nın kapitanı Lionel Messinin zədəsi ciddidir.

Bakı. "Barselona"nın kapitanı Lionel Messinin zədəsi ciddidir. Trend-in məlumatına görə, tibbi müayinədən keçən argentinalı hücumçuya sol ayağının bud əzələsində dartılma diaqnozu qoyulub. Onun 1 ay meydana çıxmayacağı ehtimal edilir. Xatırladaq ki, 32 yaşlı futbolçu İspaniya La Liqasının son turunda "Vilyareal"ya görüşdə bu mövsüm ilk dəfə start heyətdə meydana çıxmışdı. Messi həmin matçın ilk hissəsində yenidən zədələnib.