“Barcelona-nın 300 avroluq cəriməsini öz cibimdən verməyə hazıram”


İdman 27 Sen 2019 21:43:00 273 0

“Barcelona-nın 300 avroluq cəriməsini öz cibimdən verməyə hazıram”

Atletico-nun prezidenti Enriko Sereso Antuan Qrizmannın nəzərdə tutulduğu vaxtdan tez transfer etdiyinə görə Barcelona-nın 300 avro cərimə olunmasına münasibət bildirib.

Goal.az İspaniya mətbuatına istinadla xəbər verir ki, o deyib:

“Mən Barcelona-nın bu cəriməsini öz cibimdən verməyə hazıram. Bu, normal deyil. Amma qayda belədir. Arzu edirəm ki, Barcelona klubu və azarkeşləri Qrizmanna Atletico-da olduğu kimi münasibət bəsləsinlər, futbolçu isə öz oyunundan həzz alsın. Əgər biz qarşılaşsaq, Qrizmannla heç bir problem olmadan görüşəcəyəm”.