Limanda kruiz laynerinin yolu kəsildi


Dünya 27 Sen 2019 20:24:00 229 0

Limanda kruiz laynerinin yolu kəsildi

Finlandiyada iqlim dəyişmələrinə qarşı mübarizlər limanda kruiz laynerinin yolunu kəsiblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ekologiya fəalları Helsinkinin Hernesaari limanında "MS Queen Elizabeth" kruiz laynerinin yolunu kəsdikləri üçün gəminin sərnişinləri təyin olunmuş vaxtda yola çıxa bilməyiblər.

"Nəsli kəsilməyə qarşı üsyan" beynəlxalq qrupunun tərkib hissəsi olan "Elokapina" qrupunun fəalları öz epataj addımları ilə laynerin dənizə çıxmasını təqribən 1 saat ləngidiblər.

Layner axşam saat 5-də Sankt-Peterburqa yola düşməli idi. Lakin baydarkalara oturmuş fəallar gəminin ön hissəsinin qabağını kəsərək onun tələfata yol verməmək üçün manevr etməsinin qarşısını alıblar. Hadisə yerinə dərhal Finlandiya polisi çağırılıb. Polis bir nəfəri tutub.

"Elokapina" üzvü Elina Kaupi bildirib ki, onlar diqqəti ekologiya və iqlim böhranına cəlb etmək istəyirlər.