Hind kinosunun ulduzlarının illər sonrakı halı, məşğuliyyəti


Digərləri 27 Sen 2019 20:34:00 310 0

Hind kinosunun ulduzlarının illər sonrakı halı, məşğuliyyəti

Azərbaycanda yetərincə sevilən Hindistan istehsalı olan kino əsərləri heç də Braziliya seriallarından geri qalmır və bəzən onları üstələyir. İllər əvvəl çəkilən Bollivud filmlərinin də yetərincə məşhur simaları var ki, onlar bu günümüzdə də fəaliyyətlərini davam etdirir.

Son.az bildirir ki, "qafqazinfo" bu dəfə "Zita və Gita", "Disko rəqqası", "Qisas və qanun" və bir çox digər ekran əsərlərində bərq vuran aktyorların hazırda nə işlə məğul olduqlarını araşdırıb, eləcə də onların xarici görünüşlərinin illərlə necə dəyişdiyini araya-ərsəyə gətirib:

Mithun Çakraborti - 67 yaş

Deyəsən, insanlar sona qədər Mithun Çakrabortini onun personajının adı ilə - Cimmi adlandıracaq. Bu, ona dünya şöhrəti gətirən əfsanəvi "Disko rəqqası" filmindəki rolu ilə bağlıdır. Bu gün aktyor, əvvəlki kimi, ekran əsərlərində çəkilir və Bollivudun ən varlı və uğurlu ulduzlarından biri sayılır.   

Amitabh Baççan - 76 yaş

"Divar", "Gözəl həyat" və "Qisas və qanun" filmlərinin ulduzu, əvvəlki kimi, həm Bollivudda, həm də Hollivudda təlabatlıdır. Aktyorun filmoqrafiyasında 200-ə yaxın ekran əsəri var. Lakin, kino karyerası ilə yanaşı, Baççan siyasətlə məşğuldur və "Kim milyonçu olmaq istəyir?" verilişinin hind versiyasının aparıcısıdır.

Ayşvariya Ray - 45 yaş

"Miss dünya - 1994" müsabiqəsinin qalibi, model və aktrisa Ayşvariya Ray öz doğma ölkəsinin hüdudlarından kənar şöhrət qazanıb və Hollivudda bir çox filmlərdə çəkilib ("Çəhrayı pantera - 2", "Sonuncu legion"). Lakin onun filmoqrafiyasında ən diqqətəlayiq işi kimi "Devdas" melodramındakı rolu qalır. 2007-ci ildə Ray aktyor Abhişek Baççana ərə gedib. Cütlüyün qızı və şəxsi studiyası var. Xoşbəxtlik üçün başqa nə lazımdır?

Ceki Şroff - 62 yaş

Hind aktyoru Ceki Şroffun tam adı Caykişandır. Xeyr, aktyorun Ceki Çanla heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, onun karyerasını honkonqlu həmkarınkından heç də az uğurlu saymaq olmaz. Hər şey isə "Qəhrəman" filminin çəkilişlərindən başlayıb. Bu gün aktyor ən yaxşı kişi roluna görə bir neçə mükafatın laureatıdır və əvvəlki kimi kino çəkilişlərində aktiv iştirak edir.

Kacol - 45 yaş

Hind aktrisası Kacol "Mənim adım Xandır", "Qaçırılmamış gəlin" və "Kor məhəbbət" filmlərindəki rollarının sayəsində məşhurlaşıb. Gözəl karyera Kacola sosial həyatda aktiv iştirak etməyinə mane olmur. O, bütün dünyada dul qadın və uşaqları dəstəkləyən Britaniyanın xeyriyyə təşkilatı - "Lomba Trust"ın səfiridir.

Dharmendra - 83 yaş

"Çiçək və daş"da cinayətkar və əkiz bacılar haqda əfsanəvi filmdə Zitanın sevgilisi obrazları ilə tanınan aktyor Dharmendra karyerası ilə fəxr edə bilər. Amma onun fəxr etməyə digər bəhanəsi - kino ulduzu Hema Malini ilə nikahıdır. Bir vaxtlar Bollivudun ən çox müzakirə olunan cütlüyünün iki qız övladı var.

Rakhi Gülzar - 72 yaş

1971-ci ildə aktrisa Rakhi Gülzar "Utancaq" ekran işində sakit və utancaq Kançan və onun şən və oynaq əkiz bacısı Kamini obrazlarını canlandırıb. Növbəti 30 il ərzində aktrisa 80-dən çox filmdə çəkilib və bir çox mükafatlara, o cümlədən Hindistanın ən yüksək mülki mükafatı sayılan "Padma Şri"yə layiq görülüb.

(adsgarden = window.adsgarden || []).push({});