Ermənilər ayağa qalxdılar


Dünya 27 Sen 2019 21:09:00 342 0

Ermənilər ayağa qalxdılar

Ermənistan hökumətinin İsraildə səfirlik açması barədə qərarı xüsusi ilə Livan, Suriya və İran olmaqla, Yaxın Şərq regionu ölkələrində yaşayan erməni icmalarının ciddi narahatlığına səbəb olub. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Ermənistanın "Jamanak" nəşri iddia edir ki, hazırda bu ölkələrdə olan erməni partiyaları və icmaları yeni reallıqda necə hərəkət etmələrinə dair məsləhətləşmələr həyata keçirir.

"Bu ölkələrdə olan erməni icmalar narahatdırlar ki, İsraillə diplomatik əlaqələrin qurulması yaşadıqları ölkələrin rəhbərliklərinin onlara qarşı müsbət münasibətini dəyişə bilər", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, sentyabrın 19-u Ermənistan hökumətinin iclasında İsrailin Təl-Əviv şəhərində səfirliyin açılması barədə qərar verilib.