İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 27 Sen 2019 20:50:14 264 0

İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb

Bakı. İlhamə İsabalayeva - İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu dağətəyi rayonlarda 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək. Qazax-Gəncə zonasında arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın maksimal temperaturu 23-27 dərəcə isti təşkil edəcək.