Türkiyə Prezidentinin müşaviri: Türkdilli ölkələr gün keçdikcə daha da güclənir


Digərləri 27 Sen 2019 20:59:41 232 0

Türkiyə Prezidentinin müşaviri: Türkdilli ölkələr gün keçdikcə daha da güclənir

Türkdilli ölkələr gün keçdikcə daha da güclənir

Bakı. Rufiz Hafizoğlu - Türkdilli ölkələr gün keçdikcə daha da güclənir. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu deyib. O bildirib ki, türkdilli ölkələr hazırda bütün sahələrdə inkişaf edir və regionda real qüvvəyə çevrilib. Müşavirin sözlərinə görə, türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmlənməsi təkcə bu ölkələrin yox, bütün regionun xeyrinə olacaq. Y.Topçu əlavə edib ki, Özbəkistanın Türk Şurasına qoşulmaq qərarı mühüm hadisədir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin