Türkiyədə mobil telefon operatorlarının işində ciddi problemlər yaranıb


Dünya 27 Sen 2019 20:04:00 222 0

Türkiyədə mobil telefon operatorlarının işində ciddi problemlər yaranıb

Sentyabrın 26-da İstanbulda baş verən güclü zəlzələ Türkiyədə mobil telefon operatorlarının işində ciddi problemlər yaradıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə 3 əsas mobil operator - "Vodafone", "TürkTelekom" və "Türkcell" fəaliyyət göstərir. Yeraltı təkandan dərhal sonra problem əsasən "TürkTelekom" və "Türkcell" operatorlarının fəaliyyətində müşahidə olunub. Hər iki şirkət yaranmış çətinliyi zənglərin sayının dinamik artımı ilə əlaqəli olduğuna dair açıqlama yayıblar. İnternet fəaliyyətində də axsamalar müşahidə olunub. Hazırda ölkə üzrə ümumi rabitə sistemi sürətlə bərpa olumaqdadır.