Sərnişin qatarı yaşlı qadını vurub öldürdü


Dünya 27 Sen 2019 20:09:00 215 0

Sərnişin qatarı yaşlı qadını vurub öldürdü

Türkiyədə sərnişin qatarı keçiddən keçmək istəyən yaşlı qadını vuraraq öldürüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Zonquldaqın Gökçəbəy rayonunda qeydə alınıb.

Məlumata görə, Qarabük-Zonquldaq marşrutu ilə hərəkət edən Zəki B.-nin idarəetməsində olan 22626 saylı sərnişin qatarı, eyni anda keçiddən keçmək istəyən Fatma Duranı vurub. Nəticədə ağır xəsarət alan yaşlı qadın, hadisə yerinə çağırılan "təcili tibbi yardım" maşını ilə xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq Fatma Duranın həyatını xilas etmək mümkün olmayıb.

Maşinist Zəki B. isə ifadəsi alındıqdan sonra polis şöbəsinə aparılıb.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

(adsgarden = window.adsgarden || []).push({});