"İsti çörək" "Oskar" mükafatına layiq görülə bilər


Digərləri 27 Sen 2019 19:24:00 272 0

"İsti çörək" "Oskar" mükafatına layiq görülə bilər

Özbək rejissoru Umid Xamdamovun "İsti çörək" bədii filmi "Ən yaxşı xarici film" nominasiyası üzrə "Oskar" mükafatı almaq üçün təqdim edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu ekran əsəri Özbəkistanda təqdim olunan altı filmin içərisindən seçilib.

92-ci "Oskar" festivalı üçün ən yaxşı filmin müəyyənləşdirilməsi mərasimi isə gələn il fevralın 9-da Los-Ancelesdə olacaq.

Xatırladaq ki, "İsti çörək" filmi "Kinoşok" festivalında əsas mükafata layiq görülüb. Filmdə çəkilən aktrisa Firuzə Saidova "Ən yaxşı qadın rolu"na görə mükafat alıb.

(adsgarden = window.adsgarden || []).push({});