Nazir: Növbəti ilin "Olimpiya ili" olacağını nəzər alsaq, bizi daha məsuliyyətli və gərgin il gözləyir


Digərləri 27 Sen 2019 19:23:00 276 0

Nazir: Növbəti ilin "Olimpiya ili" olacağını nəzər alsaq, bizi daha məsuliyyətli və gərgin il gözləyir

Bu gün Azərbaycan Respublikasının gənclər əv idman naziri Azad Rəhimov Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov ilə görüşüb

Bakı. Bu gün Azərbaycan Respublikasının gənclər əv idman naziri Azad Rəhimov Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov ilə görüşüb. Trend-in məlumatına görə, qonağı salamlayan nazir Azad Rəhimov, 2018-ci ilin sentyabr ayında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” imzalanmış Sazişin çox böyük uğurla həyata keçirldiyini, sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırdı. Nazir Azad Rəhimov bildirdi: “Saziş hər iki ölkənin idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsibdə çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları aktiv şəkildə iştirak edir, yüksək pillələri qazanırlar. Növbəti ilin "Olimpiya ili" olacağını nəzər alsaq, demək ki, bizi daha məsuliyyətli və gərgin il gözləyir.” Qəbul üçün təşəkkürünü bildirən Pavel Kolobkov da öz nöbəsində 2018-ci ildə Soçi şəhərində imzalanmış Sazişin əhəmiyyətindən və ötən il ərzində qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açdı. Nazir bildirdi ki, 2020-ci ilin avqust ayında Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2000-dən çox qonaq qatılacaq.