Motosiklet “VAZ 2106”la toqquşdu:


Digərləri 27 Sen 2019 19:19:00 288 0

Motosiklet “VAZ 2106”la toqquşdu:

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb. 

Rayon sakini, 1997-ci il təvəllüdlü Pənahov Elçin Mübariz oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən "VAZ 2106" markalı avtomobillə toqquşub.

Nəticədə, ağır bədən xəsarətləri alan motosiklet sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. E.Pənahov komaya düşüb. 

Faktla bağlı araşdırma aparılır.