541 hərbçi intihar etdi


Dünya 27 Sen 2019 19:04:00 277 0

541 hərbçi intihar etdi

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2018-ci ilə dair "İllik intihar" hesabatını təqdim edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, hesabatın təqdimatında çıxış edən Pentaqon rəsmisi Karin Orvis ABŞ ordusunda intiharların getdikcə böyüyən problemə çevrildiyini bildirib.

Hesabatda Amerika Silahlı Qüvvələrində intihar hallarının ötən illərlə müqayisədə 24.8% artdığı vurğulanıb. Bu nisbətin 2013-cü ildə 20% olduğu bildirildiyi halda, 2018-ci ildə ordunun 541 hərbçisinin özünü öldürdüyü qeyd edilib.

ABŞ ordusunda ən çox rast gəlinən intihar üsulu silahla özünü vurmadır.